Onlayn ictimai-siyasi qəzet
ABŞ maliyyələşdirməsinin başa çatması səbəbindən Ukraynada Rusiyanın hərbi cinayətlərinin monitorinqi dayandırıla bilər.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hərbi cinayətlərinin monitorinqini aparan Ukrayna Münaqişələri Müşahidə Mərkəzi iyulun 1-dən etibarən Amerikanın maliyyələşdirməsinin başa çatması ilə əlaqədar bütün ölkə üzrə işçilərini ixtisar edir.
Təşkilat həmçinin ukraynalı uşaqların oğurlanması və Rusiyaya təhvil verilməsinə nəzarət edib.
Qeyd edək ki, bu barədə söz-söhbət hələ bir neçə ay öncədən gedirdi. Müşahidəçilər bildirirdilər ki, bu məsələ Trampın Moskvaya qarşı yeritdiyi ümumi güzəşt və yumşalma siyasətinin tərkib hissəsidir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ