İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynanın Yenidənqurulması İnvestisiya Fondunun yaratdığını elan etdi – Rəhbəri Trampdır

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Yenidənqurulması üzrə ABŞ İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və ona rəhbərliyi üzərinə götürüb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın maliyyə naziri Skot Bessent Romada Ukraynanın Yenidənqurulması Konfransına videobağlantı vasitəsilə qoşulanda açıqlayıb.

O, iştirakçılara Yenidənqurma İnvestisiya Fondunu təqdim edib. Bildirib ki, Fond Ukraynanın yenidən qurulması üçün Amerika şirkətlərini, resurslarını və mütəxəssislərini səfərbər etmək məqsədi ilə yaradılıb: "Rasional makroiqtisadi idarəetmə və güclü xarici sərmayə sayəsində Ukraynanın iqtisadi gələcəyi keçmişdən qat-qat güclü olacaq. Yenidənqurma üçün İnvestisiya Fondu bu uğurlu gələcəyin açarıdır. ABŞ çalışacaq ki, Rusiya hərbi maşınını maliyyələşdirən və ya təchiz edən heç bir şəxs, dövlət və ya şirkət Ukraynanın yenidən qurulmasından faydalanmasın".

Qeyd edək ki, Amerikanın ən böyük investisiya şirkəti BlackRock Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra Ukraynanın Yenidənqurma Fonduna investor axtarışını dayandırıb.

Bəzi mənbələrə görə, BlackRock 10-11 iyulda keçiriləcək Ukraynanın Yenidənqurma Konfransı zamanı İtaliyada fondun yaradılmasını elan etməyi planlaşdırırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR