İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya yeni silah paketi göndərməyə hazırlaşır – “The New York Times”

ABŞ Ukraynaya göndərilməsi planlaşdırılan yeni silah paketini artıq formalaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, paketin tərkibinə “Patriot” hava hücumundan müdafiə sistemləri, raketlər və müxtəlif növ sursatlar daxildir. Bildirilir ki, silahlar ya ABŞ ordusunun mövcud ehtiyatlarından götürülüb, ya da Ukrayna üçün xüsusi olaraq istehsal olunub.

Bu arada NATO-nun yeni baş katibi Mark Rütte Avropa ölkələrinin ABŞ-dan alınacaq silahların maliyyələşdirilməsi üçün zəruri vəsaiti tapacağını bildirib. Onun bu açıqlaması Tramp administrasiyasının Ukraynaya mümkün silah tədarükü planları kontekstində səslənib. 

 

Musavat.com

3eb96baf-c19b-4b06-9ee6-c3a06440e874.jpeg (80 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR