İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaxın Şərqdən şəxsi heyətini çıxarır – Müharibə təhlükəsi

ABŞ prezidenti Donald Tramp amerikalı personalın Yaxın Şərqdən qismən çıxarılması ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar regionda İranın nüvə proqramı üzrə danışıqlarla bağlı qeyri-sabit vəziyyət və İsrailin İran obyektlərinə qarşı mümkün hərbi hərəkətləri ilə əlaqədar qəbul edilib.

“Bəli, onlar geri çəkilir, çünki Yaxın Şərq təhlükəli yer ola bilər. Biz geri çəkilmək əmrini verdik və bundan sonra nə olacağını görəcəyik”, - Tramp Vaşinqtonda jurnalistlərə deyib.

Amerika lideri həmçinin qəti şəkildə bildirib ki, İran nüvə silahına malik ola bilməz.

“Onların nüvə silahı ola bilməz, bu qədər sadədir. Biz buna imkan verməyəcəyik”, - Tramp qeyd edib
Amerika rəsmilərinin sözlərinə görə, ABŞ təhlükəsizliyi təmin etmək üçün İraqdakı səfirlik işçilərinin sayını azaldır. Küveyt və Bəhreyndə də kadrların ixtisarı ilə bağlı məlumatlar var.

Vaşinqton və Tehran aprel ayından bəri yeni nüvə sazişi yaratmaq üçün beş raund danışıqlar aparıb. Yaxın vaxtlarda daha bir görüş planlaşdırılırdı.

İranın müdafiə naziri Əziz Nəsirzadə çərşənbə günü xəbərdarlıq edib ki, İrana qarşı hücumlar başlayarsa, Tehran regiondakı ABŞ hərbi bazalarına cavab verəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR