İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev demokratlarla hər hansı kompromisə getməyəcək

ABŞ prezidenti Donald Tramp federal hökumətin bağlanmasına son qoymaq üçün Demokrat Partiyasının nümayəndələri ilə razılaşma əldə etməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki,Tramp bunu CBS News-a verdiyi müsahibədə deyib. Jurnalist qeyd edib ki, Tramp əvvəllər məharətlə kompromis qərarlar əldə edib və bağlanmalardan yayınıb: "Mən bu işdə çox yaxşıyam. Amma bunu yolunu azmış Demokratlar tərəfindən şantaj olunmaqla etməyəcəyəm. Bu insanlarda problem var. Senatın azlıq lideri Çak Şumer bitmiş biridir. Onun itirəcək bir şeyi yoxdur. O, kamikaze pilota çevrilib".

Eyni zamanda, Tramp bağlanmanın tezliklə başa çatacağına və ABŞ hökumətinin maliyyələşdirilməsinin bərpa olunacağına əminliyini ifadə edib: "Biz bunu həll edəcəyik.  Əvvəl-axır onlar səs verməli olacaqlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR