İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Netanyahuya xəbərdarlıq edib - Axios

Tramp administrasiyası İsrailin baş naziri Benyamin Netanyahuya münaqişənin davam etdirilməsinin İsraili daha da təcrid edəcəyinə dair xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb. Bildirilir ki, İsrail baş naziri prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planını qəbul etməyə çağırlıb.

Bu mövqe Nyu-Yorkda ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin Netanyahu və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşündə açıqlanıb.

Axios mənbəyə istinadən xəbər verir ki, "Ağ Ev Netanyahuya müharibənin davam etdirilməsinin İsraili daha da təcrid edəcəyini və ona son qoyulmasının əks nəticə verəcəyini bildirir".

Nəşr vurğulayır ki, ABŞ administrasiyası Netanyahunu Trampın Fələstin anklavında müharibəyə son qoymaq planını qəbul etməyə çağırır. Netanyahunun Qəzza zolağında plan və gələcək fəaliyyətləri müzakirə etmək üçün bazar ertəsi Trampın özü ilə görüşəcəyi gözlənilir.

Dünən Tramp Ağ Evdə jurnalistlərə deyib ki, o, Netanyahunun İordan çayının qərb sahilini ilhaqına “icazə verməyəcək”: "Mən İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Bəsdir. Dayanmaq vaxtıdır".

Axios hesab edir ki, Trampın açıq bəyanatları “çox güman ki, Netanyahunun ilhaq planlarına son qoyacaq”.

Portal qeyd edir ki, iki gün əvvəl Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistanın liderləri və yüksək vəzifəli rəsmiləri ilə görüşüb və onlardan Qəzza zolağında müharibəyə son qoymaq planını dəstəkləməyi xahiş edib.

Ərəb liderləri Trampa planını dəstəkləmək üçün bir neçə şərt, o cümlədən İsrailin İordan çayının qərb sahilinin və ya Qəzza zolağının hissələrini ilhaq etməmək öhdəliyini təqdim ediblər.

Axios vurğulayır: "Tramp liderlərə belə bir hərəkətin qarşısını alacağını açıq şəkildə bildirdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR