İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya qarşı tam ticarət embarqosu tətbiq edə bilər – Zelenski Tiranada danışıqlara qoşulub


Avropa İttifaqı Rusiyaya qarşı tam ticarət embarqosunun tətbiqini gündəmə gətirib.

Musavat.com
xəbər verir ki, bu məsələ Avropa Siyasi Birliyinin Tiranada keçiriləcək sammitində müzakirə olunacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski artıq sammitdə iştirak etmək üçün Albaniyanın paytaxtına gedib.

Qeyd edək ki, Aİ-nin Rusiya məhsullarına qarşı tarif tətbiqi ideyası daha əvvəl Macarıstanın sanksiyalara qarşı çıxışlarının qarşısını almaq üçün alternativ variant kimi təklif olunmuşdu.

Mövzu ətrafında müzakirələr ABŞ senatoru Lindsi Qreemin Rusiyadan idxal olunan məhsullara 500 faizlik ikinci dərəcəli tariflərin tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim etməsindən sonra yenidən aktuallaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR