İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ukraynanın 2026-cı il büdcəsi üçün 19 milyard dollar axtarır

Brüssel Ukraynaya ABŞ-dan yardımın azalması və Rusiya ilə atəşkəsin gözlənilən yaxın perspektivdə baş tutmaması fonunda 2026-cı il büdcəsində yarana biləcək 19 milyard dollarlıq potensial kəsiri aradan qaldırmaq üçün təcili mexanizmlər hazırlayır.

Musavat.com xarixi agentliklərə istinadən xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Məqaləyə görə, Avropa Komissiyası hazırda Aİ ölkələri ilə bu məsələnin həlli üçün müxtəlif variantları müzakirə edir:

• G7-nin 50 milyard dollarlıq mexanizmi çərçivəsində vəsaitlərin daha erkən ayrılması,
• Ukraynaya hərbi yardımın “büdcədənkənar qrantlar” formasına keçirilməsi,
• Dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən gəlirlərin istifadəsi.

Aİ rəsmilərindən biri bildirib ki, əksər donor ölkələr 2024-cü ilin sonunadək müharibənin sona çatacağını və bununla da xərclərin azalacağını düşünürdü, lakin bu proqnozlar doğrulmadı və “indi bütün planlar yenidən hesablanır”.

Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə əsasən, 2025-ci il üçün Ukraynanın maliyyələşməsi formal olaraq təmin edilib, lakin bu, yalnız müharibənin tezliklə bitəcəyi halda mümkündür – bu isə həm Kiyev, həm də Brüssel tərəfindən az ehtimal olunur.

Məqalədə bildirilir ki, Avropa ölkələri Ukraynaya hərbi yardımı ikitərəfli büdcədənkənar qrantlar şəklində təqdim edə bilər. Bu, onlara həm Ukraynaya yardım etməyə, həm də NATO qarşısında hərbi büdcəni artırmaq öhdəliyini yerinə yetirməyə imkan verir.

Alternativ variant kimi dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin daha riskli investisiyalarla artırılması da nəzərdən keçirilir. Lakin bu halda maliyyə itkiləri ehtimalına qarşı kollektiv məsuliyyət mexanizmi yaradılmalıdır, çünki aktivlərin əksəriyyəti Belçika banklarında yerləşir.

Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis qeyd edib:

“Dondurulmuş Rusiya vəsaitlərinin əlavə istifadəsi daxil olmaqla müxtəlif variantlar araşdırılır.”

Ursula fon der Lyayenin iştirakı ilə bu həftə Romada keçiriləcək sammitdə Ukraynanın bərpası və iqtisadi gələcəyi müzakirə ediləcək. Hətta planlaşdırılan maliyyə dəstəyi qabaqcadan verilsə belə, Ukraynanı 2026-cı ildə minimum 8 milyard dollarlıq yeni kəsir gözləyir. Əgər əlavə maliyyə mənbələri tapılmasa, bu rəqəm 19 milyard dollara qədər yüksələ bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR