İnsanlara hürriyət, millətlərə istiqlal!

"Alatavada həyətində sarımsaq, qatıq satırdı"

"Elnarə ailə həyatı qurduqdan sonra sənətə 7-8 il fasilə verdi. Daha sonra mənə dedi ki, yenidən oxumaq istəyirəm. Elnarənin evinə gedəndə o vaxt Alatavada yaşayırdı. İşləmirdi, öz həyətində sarımsaq, qatıq satırdı. Öz qeyrəti ilə pul qazanırdı, burada ayıb bir şey yoxdur".

Bu sözləri Prodüser Asif Kərimov Əməkdar artist Elnarə Abdullayeva haqda danışarkən deyib. O, sənətçi ilə iş birliyinə başladıqdan sonra ilk qazandığa pula məscid tikdirdiyini bildirib:

"Sonra layihələrimiz oldu. Elnarə mənə dedi ki, "Evdəkilərdən halalıq almışam, sənin də əziyyətin var. Halallığın olsaydı, ilk qazanacağımız pulla kənddə məscid tikdirmək istəyirəm. Amma Elnarə özü daxmada yaşayırdı. Sonra ikinci dəfə də dedi ki, istəyirəm kəndə su çəkdirim. Elnarə məndən də halallıq alıb. Elnarə məscid tikdirirdi, kəndə su çəkdirirdi. Deyərdim ki, mənə pul ver? Necə deyim?". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR