İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ABŞ-ın ayağına düşdü: 30%-lik gömrük zərbəsi Berlinin belini qırır

Musavat.com xəbər verir ki, ABŞ-ın Avropa İttifaqından idxal edilən məhsullara tətbiq etdiyi 30%-lik gömrük rüsumları Almaniyanı sözün əsl mənasında çökdürür. Almaniyanın iqtisadi dayaqları sayılan maşınqayırma, avtomobil və digər sənaye ixracatları artıq ciddi təhlükə altındadır.

Kansler Fridrix Merts vəziyyətin acınacaqlı olduğunu etiraf edərək bildirib ki, bu addım Almaniyanın ABŞ-la böyük həcmdə ticarətinə ağır zərbə vurur və “transatlantik münasibətlərdə buz dövrünün başlanğıcı” ola bilər.

Berlin indi Vaşinqtonla intensiv danışıqlar aparır, gömrük rüsumlarını azaltmaq və iqtisadi iflasın qarşısını almaq üçün çıxış yolları axtarır. Kansler Merts açıq mesaj göndərib:

“ABŞ-la konstruktiv dialoqa ehtiyacımız var. Əks halda həm Almaniya, həm də Avropa iqtisadiyyatı ağır zərərlə üzləşəcək.”

Avropa İttifaqı da Almaniyanın yanında yer alaraq Brüssel-Vaşinqton xəttində təcili diplomatik təmaslara start verib. Ekspertlər isə xəbərdarlıq edirlər ki, əgər ABŞ güzəştə getməsə, Almaniya sənayesi milyonlarla iş yerini itirmək riskini daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR