Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Almaniya hakimiyyəti Ukraynaya 5 milyard avro dəyərində “Patriot” hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Bu barədə Almaniyanın müxalif “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel açıqlama verib.
Vaydelin sözlərinə görə, bu qədər vəsaitin xərclənməsi fonunda Almaniyada elektrik enerjisi qiymətləri yüksək olaraq qalır və hökumət bu sahəyə müdaxilə etmək əvəzinə, vergi ödəyicilərinin pullarını xarici silah yardımına yönəldir.
“Ukraynaya ümumilikdə 9 milyard avro ayrılır. Bunun 5 milyardının yalnız raketlərə, yoxsa həm də buraxılış qurğularına aid olduğu belə bilinmir”, – deyə o bildirib.
Qeyd edək ki, Almaniya hökuməti məsələ ilə bağlı rəsmi açıqlama versə də, konkret rəqəmləri hələlik təsdiqləməyib. Yardım paketi ictimaiyyətdə və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ