Onlayn ictimai-siyasi qəzet
Almaniya vətəndaşlarının əksəriyyəti “Almaniya üçün Alternativ” (AfD) partiyasının mümkün qadağan edikməsi təşəbbüsünün əleyhinədir.
Musavat.com xəbər veri ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti Allensbaxdakı Demoskopiya İnstitutunun keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, respondentlərin 52%-i AfD-nin qadağan edilməsinin əleyhinə olub, 27%-i isə bunu dəstəkləyib. Sorğu iştirakçılarının daha 21%-i cavab verməkdə çətinlik çəkib. Eyni zamanda, Almaniyanın şərqində respondentlərin üçdə ikisi – 65%-i partiyanın qadağan edilməsinə qarşı çıxıb, Qərbi Almaniya ştatlarında isə 49%-i bu fikirdə olub.
Qəzet yazır ki, almanların əksəriyyəti qadağanın istənilən nəticəyə gətirib çıxaracağına şübhə edir. Respondentlərin 54%-i əmindir ki, bu həyata keçirilsə, AfD ilə eyni prinsiplərə malik yeni siyasi təşkilat çox tez yaradılacaq. Bir çox vətəndaşlar hesab edir ki, AfD-ni qadağan etməyə çalışan partiyalar ilk növbədə güc qazanmış siyasi rəqibi sıradan çıxarmaq istəyirlər.
Sorğu həmçinin Almaniyanın şərqində və qərbində yaşayan almanların “Almaniya üçün Alternativ”ə münasibətində ciddi fərqlər aşkar edib. Ölkənin qərbində respondentlərin 30%-i yerli, əyalət və ya federal seçkilərdə AfD-ni dəstəkləyəcəklərini istisna etməyəcəklərini bildirsələr də, şərqdə bu rəqəm 47%-dir. Qərb bölgələrində 61% AfD-nin artan populyarlığından narahatlığını ifadə edib, 58% onu sağçı ekstremist hesab edir, şərq əyalətlərində yalnız 37% partiyanın populyarlığından narahatdır və yalnız 35% AfD-ni sağçı ekstremist hesab edir.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ