Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan öz növbəti paylaşımında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı hədəf alıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Akopyan sabiq prezidentin adını çəkməsə də, ünvanın kimə yönəldiyi açıq-aşkar görünür.
“Bilirsinizmi, “Təhsil dəbdədir” hərəkatının ən mühüm məqsədlərindən biri nədir?
Bu hərəkatın əsas məqsədlərindən biri bizim mühitimizi dəyişməkdir.
Elə bir dəyişiklik lazımdır ki, güclü zəkaya sahib bir ziyalı olaraq yalnız sənə açıq olan həqiqətləri anlayan və dövlətinə, xalqına ölçüyəgəlməz xidmət göstərmək iqtidarında olan biri kimi birdən-birə bir neçə dəyəri bilinməmiş tullantının təhqiri ilə alçaldılmayasan.
Elə bir dəyişiklik lazımdır ki, yetkin yaşına çatmış, tərbiyəsiz, savadsız və öz mənasızlığını dərk etməyə qadir olmayan “böyümüş” gənc tipi məktəbdə yaxşı oxuyan və “skripkada çalan” uşaqlara qarşı üstünlük təşkil etməsin – çünki onlar həmin uşaqlarla lağ edirlər.
Bu tip mütləq savadsız olmalı deyil, məsələn, dörd siniflik təhsilə malik biri kimi. O, elmlər doktoru da ola bilər, bir neçə ölü dili də bilə bilər, amma əgər həyatının sonuna yaxın müdriklik zirvəsinə çatmaq əvəzinə insanların ünvanına istehza və təhqir etmək onun ən güclü tərəfidirsə, demək, bu şəxs hələ də özünü təsdiqləyə bilməmiş bir miskindir.
Sonra da deyirlər ki, baş nazirin həyat yoldaşı bizi təhqir edir – ay nə qədər ədəbsiz hərəkətdir!
Siz özünüzü kənardan görürsünüzmü? Siz özünüzü eşidirsinizmi? Siz güclüsünüz, deməyə sözüm yoxdur, çox güclüsünüz. Amma o qədər güclüsünüz ki, ancaq skripka çalan uşağa qarşı lağ edən itaətsiz yeniyetmələrlə müqayisə edilə bilərsiniz.
Bəli, siz hələ də bizim mühitə hökm edirsiniz və skripka çalan, yaxşı oxuyan bütün uşaqlar sizdən qorxurlar. Siz bir-birinizi belə tapmısınız. Sizə yerinizi göstərəcək sizdən daha tərbiyəsiz biri yoxdur. Bəli, siz birləşmisiniz – yaxşı da etmisiniz”, - statusda belə ifadələr yer alıb.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ