Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Cənub-Şərqi Asiya turuna başlamaq üçün Vyetnama səfər ediblər.
Musavat.com xəbər verir ki, cütlük Hanoy Hava Limanında təyyarənin qapısı açılan anda mübahisə edərkən görüntülənib.
Kadrlar Bricit Makronun Prezidentə şillə vurduğunu göstərir. Hadisə zamanı pilləkənin aşağısında onları qarşılayan Vyetnam rəsmiləri gözləyirdi.
Bricitin şilləsindən sonra Prezident Makron təyyarənin qapısının açıq olduğunu fərq edir və izdihama, eyni zamanda dünya mediasına əl yelləyir. Daha sonra o, həyat yoldaşına tərəf addımlayır, lakin kameraların görə bilmədiyi ön hissədə qısa müddətlik dayanır və əks istiqamətdə hərəkət edir. Bir qədər sonra Fransa Prezidenti təyyarənin qapısına qayıdaraq rəsmi qarşılanma üçün Vyetnam rəsmilərinin yanına enməyə hazırlaşır.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fransa liderinin şəxsi həyatındakı bu kadrlar siyasi səfər öncəsi medianın diqqət mərkəzinə düşüb.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ