İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər  

Avropa İttifaqı Gürcüstana qarşı sərt xəbərdarlıq edib və rəsmi Tiflisə “müəyyən şərtlərin yerinə yetirilməsi” tələbi ilə məktub göndərməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, əgər Gürcüstan bu şərtlərə əməl etməsə, ölkə ilə mövcud vizasız rejim dayandırıla bilər.

“Bu gün Gürcüstana məktub göndəriləcək. Məktubda Gürcüstanın yerinə yetirməli olduğu konkret şərtlər yer alacaq. Əgər bu öhdəliklər yerinə yetirilməzsə, vizasız rejim məsələsinə yenidən baxılacaq”, – deyə Kallas vurğulayıb.

Bu açıqlama Gürcüstan-Aİ münasibətlərində gərginliyin artdığı bir vaxta təsadüf edir və ölkənin Avropa inteqrasiyası istiqamətində atacağı addımları birbaşa risk altına sala bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR