Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avro məbləğində reparasiya krediti ayrılması ilə bağlı Belçika hökuməti ilə danışıqları yekun mərhələyə çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" yazıb.
Məlumata görə, son danışıqlar raundu bu gün Brüsseldə keçiriləcək.
Danışıqlar zamanı Brüssel Belçikanı bu mexanizmin maliyyə və hüquqi risklərini nəzərə alaraq razılığa gəlməyə razı salmağa çalışacaq.
Belçika Ukraynaya göndəriləcək kreditin təminatında istifadə ediləcək dondurulmuş Rusiya aktivlərinin böyük hissəsinə ev sahibliyi edir — söhbət on milyardlarla avrodan gedir.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ