İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya səfər etmək azərbaycanlılar üçün 3 dəfə bahalaşa bilər – Yeni sistem gəlir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) viza tələb olunmayan ölkələrdən gələn vətəndaşlar üçün giriş rüsumunu artırmağı təklif edir.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, ETIAS adlı icazə sistemi çərçivəsində giriş haqqı 7 avrodan 20 avroya qədər artırıla bilər.

Bu sistem Azərbaycan vətəndaşları da daxil olmaqla, viza almadan Aİ-yə səfər edən ölkələrin vətəndaşlarına şamil ediləcək.

ETIAS sisteminin 2026-cı ilin sonlarında istifadəyə verilməsi gözlənilir. Yeni qaydalara əsasən, Aİ-yə səfər etmək istəyənlər:

  • onlayn ərizə doldurmalı,

  • şəxsi məlumatları təqdim etməli,

  • təhlükəsizliklə bağlı suallara cavab verməli,

  • və 20 avro rüsum ödəməlidirlər.

Avropa Komissiyası bu qərarı inflyasiyanın artması ilə əsaslandırır.

Qeyd edək ki, ETIAS viza deyil, lakin Aİ-yə giriş üçün məcburi icazə sənədi olacaq və yoxlanma sistemlərini gücləndirmək məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR