İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP sədrinin ABŞ-dən idarə olunan “imperiyası”

Əli Kərimlinin Facebook səhifəsinə nə qədər vəsait xərclənir?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi ittihamı üzrə köməkçisi Eldar Əmirovun həbsi bu cinayət işinin getdikcə daha ciddi siyasi rəng aldığını göstərir. AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

“Report” yazır ki, R.Mehdiyevin yaratmaq istədiyi “Dövlət Şurası”nda  təmsil olunacaq 50 nəfərin öncədən müəyyənləşdirildiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var. “Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimlidir. Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət etməsi ilə yadda qalan AXCP sədri indi də missiyasına sadiqdir. Hələ əvvəldən onun Ramiz Mehdiyevin "çətiri" altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi deyilirdi. Üzdə özünü hakimiyyətə sadiq göstərən Mehdiyev əslində radikal müxalifətə siyasi himayədarlıq edir, onların “mübarizə”si fonunda özünü dövlətin “böyük dayağı” kimi göstərməyə çalışırmış. 2013-cü ildə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın da Ramiz Mehdiyevin xeyir-duası və maddi dəstəyi ilə yaradıldığına dair məlumatlar yaddan çıxmayıb. Bu dəstək sonrakı illərdə də davam edib. Onun PA rəhbəri vəzifəsindən uzaqlaşdırıldığı 2019-cu ildən bəri Əli Kərimli, necə deyərlər, gündəmdən düşsə də, Mehdiyev öz dəstəyini davam etdirib. AXCP sədri isə bu dəstəyin qarşılığında özünün sosial media statuslarında PA rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasını başqa istiqamətə yönəltməyə çalışıb", - deyə “Report”un yazısında qeyd edilir. 

Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Facebook sosial şəbəkəsində xüsusilə aktivləşməsi diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, Əli Kərimlinin Facebook səhifəsi ABŞ və Fransadan idarə olunur - bu işə Fransada 2 nəfər, ABŞ-də isə 1 nəfər cəlb olunub. “İkinci maraqlı məqam Ə.Kərimlinin xaricdən idarə olunan səhifəsinin aktivliyi üçün hər ay vəsait ödənilməsidir. Belə ki, hər ay Əli Kərimlinin paylaşımlarının daha çox kütləyə çatdırılması üçün pul ödənilir və 2022-2025-ci illərdə bunun üçün 7 000 AZN-ə qədər vəsait xərclənib. Yeri gəlmişkən, Əli Kərimlinin reklama qoyduğu son material Elton Məmmədovla bağlı paylaşımdır. Bunun üçün də Əli Kərimli, daha doğrusu, Qərbdən səhifəni idarə edənlər reklama 200 manata yaxın vəsait xərcləyiblər. "Ortaya məntiqli sual çıxır - bir partiya sədrinin şəxsi hesabı niyə xarici ölkələrdən idarə olunsun ki? Bu faktın özü bu partiya və onun rəhbərliyinin özünün xaricdən idarə olunmasını göstərmirmi? Paylaşımların reklama qoyulması üçün sərf edilən vəsaitin hansı mənbələrdən əldə edilməsi, hansı xidmətlərə görə verilməsi isə ayrıca araşdırma mövzusudur. Bu pulları da ABŞ və Fransadakı himayədarlarmı ödəyir? Və nəhayət, özünü partiya lideri kimi təqdim edən adamın xaricdən idarə olunması və sosial media səhifəsinin maliyyələşdirilməsi müqabilində götürdüyü öhdəliklər nədir?" sayt yazır.

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına  qaçma” | Modern.az

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında hər kəsin nəzərini ilk öncə bir məqama yönəltmək istədiyini vurğuladı: “Əli Kərimlinin xüsusən son 2 həftədəki panikasına və həmin panikadan doğan isterikaya diqqət edin. Adam həqiqətən özündə deyil, çırpınır, çabalayır, vurnuxur və sanki nəyisə sübut etməyə çalışır. Çünki artıq yolun sonuna gəldiyini özü də anlayıb. Mehdiyev mövzusunda yaman "ilişib" və gözəl anlayır ki, bu dəfə onun köməyinə kimsə çata bilməyəcək. Nə xaricdəki qəyyumları, nə erməni lobbisi, nə qaramatbaş ətrafı, nə də Ramiz dayısı. Xaricdəki qəyyumları, havadarları demişkən, son olaraq, media üzərindən yayılan və faktlarla sübut edilən material da bir daha təsdiq etdi ki, Əli Kərimlinin nəinki özü, hətta Facebook səhifəsi belə kənardan idarə olunur. Bəlli maliyyə ilə, özü də Azərbaycana qarşı daim məkrli planlar və oyunlar quran qüvvələrin birbaşa dəstəyi, ölkəni qarışdırmaq, suyu bulandırmaq istəyən “xətt”lərin, ünsürlərin ümumi koordinasiyası ilə..."

Deputat AXCP sədrinin Azərbaycan gəncliyinə müraciətinə də toxunub: “Əli Kərimli valideynlərə müraciət edir ki, onlar uşaqlarını çox qorumasınlar və küçələrə, meydanlara dövr etsinlər. Xeyir ola? Niyə? Adamdan soruşmazlarmı ki, bəs sənin övladın haradadır? Onu niyə meydanlara, küçələrə göndərməmisən?”

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Ramiz Mehdiyevin həbsi və onun ətrafında baş verənlər ölkədə ciddi rezonans doğurub: “Bu həbs həm də bir çoxlarının ifşa edilməsinə, bağlantılarına və məkrli niyyətlərinin üzə çıxmasına şərait yaratdı. Bir daha məlum oldu ki, bəzi məmurlar, siyasi və ictimai şəxslər dövlətə sadiq deyil, onlar üçün dövlətçilik və milli maraqlar anlayışı şəxsi maraqlarının kölgəsində itib-batır. Yüksək postda olduğu zaman dövlət başçısının etimadından sui-istifadə edərək, ölkədə geniş şəbəkə qurmuş sabiq administrasiya rəhbəri müxalifətin də xidmətlərindən yararlanıb. Əqidəsinə və prinsiplərinə xəyanət yolu tutan xainlərlə işbirliyi yaradıb. Onlardan bəziləri məlumdur. Ancaq bəziləri maska altında qalan iç üzlərini gizlədə bilirlər. Ən təhlükəlisi də belələridir. Ramiz Mehdiyevin Azərbaycanda normal siyasi münasibətlərin qurulmasına çıxması, cəmiyyətdə qarşıdurmalar yaratması, iqtidar-müxalifət ziddiyyətlərinin düşmənçilik həddinə çatdırılması xüsusi məqsəd daşıyırdı. O, gərginliyi körükləməklə özünü önəmli və dövlətin dayağı kimi təqdim etməyə çalışırdı. Göstərmək istəyirdi ki, o olmasa, hakimiyyəti saxlamaq və möhkəmləndirmək, Azərbaycanı güclü dövlətə çevirmək mümkün deyil. Ona görə də Azərbaycana düşməncə yanaşan bütün ünsürlərlə əməkdaşlıq edir, onları maliyyələşdirir,  informasiya dəstəyi göstərirdi. Onun "dövlət içində qurduğu dövlət" dağıdılandan sonra o da məlum oldu ki, xaricdə “söyüş müxalifəti” də “Boz kardinal”ın ən etibarlı komanda üzvü olan PA-nın keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən idarə olunub. Tezis və təlimatlar Bakıdan ötürülürmüş. Artıq həmin “söyüş müxalifəti” də demək olar ki, çökdürülüb. AXCP-nin sədri Əli Kərimlinin də Ramiz Mehdiyevlə əlaqələrinin olması mətbuatda geniş yer aldı. Onun son zamanlar fəallaşdırılması təsadüfi sayılmır. Görünür, həm daxildə, həm də xaricdə ölkədə və hakimiyyət daxilində aparılan təmizləmələrdən ciddi narahatlıq keçirirlər. Əli Kərimlini aktivləşdirməklə, ona maliyyə və media dəstəyi verməklə nəyəsə nail olmağa çalışırlar. Ramiz Mehdiyevi ifşa edən, məsuliyyətə cəlb edən dövlət, onun ayıq-sayıq təhlükəsizlik və xüsusi xidmət orqanları heç şübhəsiz ki, digərləri barədə də tədbir görəcək. Kimliyindən asılı olmayaraq, hər kəs törətdiyi əməlin məsuliyyətini daşıyacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR