Onlayn ictimai-siyasi qəzet
Çeçen xüsusi təyinatlılarının komandiri pravoslav keşişindən bağışlanmasını istəyib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, münaqişə Apti Alaudinovun sərt ifadələri səbəbindən başlayıb.
Mayın sonunda keşiş Qavriil xütbəsi zamanı deyib ki, Qurban bayramına toplaşan dindarlar “sağlam müsəlmanlar ordusu”durlar, onlar əmr əsasında “moskvalıları doğraya bilər, polis isə heç tərpənməyə macal tapmaz”.
Bu bəyanat geniş ictimai rezonansa səbəb olduğundan Valaam monastırı Qavriili xidmətdən kənarlaşdırıb. Ardınca çeçen xüsusi təyinatlı "Axmat"ın komandiri Apti Alaudinov onu tənqid edərək barəsində təhqiramiz ifadələr işlədib.
Pravoslav hərəkatçılar isə öz növbələrində generalı müqəddəs ordeni alçaltmaqda ittiham edərək, İstintaq Komitəsinə və Müdafiə Nazirliyinə şikayətlər göndərib, onun istefasını tələb ediblər. Alaudinov "yaşına hörmət edərək" keşşişdən üzr istəyib, lakin fəallar Alauddinovun kilsə qarşısında tövbə etməsini istəyiblər.
Daha sonra onlar Alaudinovla səkkiz saatlıq görüş keçiriblər. Fəalların sözlərinə görə, o, şəxsi söhbətində səhvini etiraf edib. Onlar bunu vicdanlı dialoqa dəyər vermək və dinlərarası qarşıdurmanın qarşısını almaq istəyi ilə izah edərək, ictimai şəkildə üzr istəməyə ehtiyac olmadığı qərarına gəliblər.
İyunun 19-da Alaudinovun Telegram kanalında o, keşiş Qavrrillə bir masa arxasında oturub barışdıqlarını elan edən və Alaudinovun Qavriildən şəxsən üzr istədiyini əks etdirən video yayımlanıb. Onlar belə qənaətə gəliblər ki, aralarında heç bir fikir ayrılığı yoxdur və ümumi məqsədləri “Ukraynadakı ümumi düşmənlə mübarizə”dir.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ