İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Suriya əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin energetika naziri Məhəmməd əl-Bəşirlə görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin yaydığı rəsmi məlumatda bildirilib.

Görüş zamanı Azərbaycan ilə Suriya arasında mümkün əməkdaşlıq istiqamətləri, xüsusilə enerji sektoru da daxil olmaqla bir sıra sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər regional sabitlik və qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda keçirilən bu görüş həm də diplomatik dialoqun dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR