Onlayn ictimai-siyasi qəzet
İyulun 18-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin doğum günüdür. Aydın bəy 65 illik yubileyini qeyd edir.
Aydın Quliyev ölkəmizdə müstəqil medianın formalaşmasında əməyi keçən həmkarlarımızdandır. Qurucusu və rəhbəri olduğu “Bakı xəbər” qəzeti Azərbaycanın media mühitində öz dəst-xətti ilə fərqlənir, qəzetçilik ənənələrini yaşadır. Nəşr eyni zamanda jurnalistika məktəbi funksiyasının da layiqli daşıyıcısıdır.
Hadisə və proseslərə özünəməxsus yanaşma tərzinə malik A.Quliyev jurnalist peşəsinin imkanlarını demokratik dövlət və hüquqi cəmiyyət quruculuğu naminə səfərbər etməyin nümunəsidir. Əminliklə deyə bilərik ki, yubilyarın fəaliyyəti həm də jurnalistikanın ziyalılıq missiyasıdır.
Bir daha dəyərli Aydın Quliyevi ömrünün əlamətdar təqvim günü - 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ