İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı təhdid edən rusiyalı deputata sillə kimi cavab

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin ölkəmizə qarşı səsləndirdiyi son açıqlamalar, onun uzun illərdir davam edən şovinist, azərbaycanafob və qatı ermənipərəst mövqeyinin növbəti təzahürüdür.

Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev bildirib. Milli Məclis üzvü qeyd edib ki, daim Azərbaycan xalqının əleyhinə nifrət ritorikası ilə çıxış edən, vaxtilə azərbaycanlılara qarşı törədilmiş vandalizm aktlarını müdafiə etmiş və Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra daha da azğınlaşan bu adamın öz ampulasından çıxa bilməməsi təəccüblü deyil: “Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar yardım beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin və humanitar hüququn prinsiplərinə tam uyğun olaraq həyata keçirilir və bu, yeni hal deyil. Bu yardım sırf mülki əhalinin əzablarının yüngülləşdirilməsinə və həyati ehtiyaclarının təmin olunmasına yönəlib. İnsanlıq naminə edilən bu kimi humanitar yardımların mahiyyətinin Zatulin tərəfindən qəsdən təhrif edilməsi və hərbi məqsədli yardım kimi göstərilməsi ucuz şou və primitiv təxrirabat cəhdindən başqa bir şey deyil”.

A.Quliyev bildirib ki, Zatulin və onun kimiləri öz işləri ilə məşğul olsalar yaxşıdır: “Əgər onlar Rusiya və Azərbaycan arasında yaşanan gərginlikdən həqiqətən narahatdırsa, bunu yaradan əsas səbəbləri dilə gətirsinlər. İlk növbədə, Moskvanın Azərbaycanın mülki təyyarəsini vuraraq onlarla vətəndaşımızın ölümünə səbəb olan hadisəyə görə məsuliyyət daşıdığını etiraf etsinlər, Rusiyada yaşayan azərbaycanlılara qarşı fiziki təzyiqləri dayandırsınlar və rəsmi Bakının ədalətli və legitim tələblərini yerinə yetirsinlər.

Azərbaycan Respublikası milli maraqlarını qorumaqda qətiyyətlə davam edəcək.

Dövlətimizin müstəqil siyasətinə hər hansı təzyiq və təxribatçı bəyanatlar təsir edə bilməz”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR