Onlayn ictimai-siyasi qəzet
Amerikada yaşayan aparıcı Rüfət Ağayev "Amazon" şirkətində çalışır.
Musavat.com xəbər verir ki, bu haqda aparıcı Emin Musəvi paylaşım edib.
Amerikada olan Musəvi Rüfətin çalışdığı ofisə gedib.
"Vaşinqton yaxınlığında yerləşən ofisdir. Dünyanın ən tanınmış, uğurlu, varlı şirkətlərindən biridir. Rüfətin iş yeridir. Sənin müdirin olmuşam bəxtin açılıb, gəlib "Amazon"da çalışırsan", - deyə E.Musəvi bildirib.
Rüfət isə "Müdirim, müəllimin. Səhər saat 10-da zəng edirdi, səsim yuxulu gəlirdi. Deyirdi, bu gedişlə heç nəyə nail olmayacaqsan. Burada süni intellekt satışı ilə məşğulam" cavabını verib.
Könül
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ