İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sürücü avtobusu şüşələri qırıq vəziyyətdə idarə edib - RƏSMİ AÇIQLAMA

Paytaxtda 166 nömrəli marşrut üzrə hərəkət edən avtobusun sərnişinlərlə hərəkətdə olarkən qırıq şüşələrlə idarə olunması barədə görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı avtobusun istismarında olduğu "General Auto Company" firmasının direktor müavini Asif Rüstəmov Oxu.az-a açıqlama verib:

"1 noyabr tarixində "General Auto Company" şirkətinin istismarında olan 166 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusun şüşələri qarşıdan gələn digər avtobusun güzgüsünün dəmir qolu ilə toqquşduqdan sonra sınaraq salona tökülüb".

O vurğulayıb ki, avtobusun şüşələri sındıqdan sonra sürücü bir neçə dayanacaq şəhər istiqamətində hərəkət edib:

"Bundan sonra sərnişinlər arxadan gələn digər avtobusa mindiriliblər. Qəzalı avtobus isə təmir üçün qaraja gətirilib. Hadisə barədə məlumatımız olan kimi sürücü qaraja dəvət edilib, izahatı alınıb və intizam tənbehi seçilib".

@@TVmusavat/131798@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR