Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Co Bayden əfv sərəncamlarının imzalanması üçün avtoqələmdən istifadə edildiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, “The New York Times” qəzetinin suallarını cavablandırarkən bütün əfv qərarlarının şəxsən özü tərəfindən verildiyini və sənədlərin çoxluğuna görə qələmdən istifadə etməli olduğunu bildirib: “Onlar çox idi. Qələm qanunidir, bildiyiniz kimi, digər prezidentlər, o cümlədən ABŞ Prezidenti Donald Tramp ondan istifadə edib".
Keçmiş prezident həmçinin bildirib ki, o, ailə üzvlərini əfv etmək qərarını Tramp və onun administrasiyasının onları təqib edə biləcəyindən narahat olduğu üçün verib, çünki bu, əlavə vəkillik xərclərinin ödənilməsinə səbəb olacaqdı.
İyunun 5-də Tramp dövlət başçısı kimi sələfinin səhhəti və köməkçilərinin sənədləri imzalamaq üçün qələmdən istifadə etməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Daha əvvəl Tramp demişdi ki, Baydenin qohumları da daxil olmaqla təxminən 2500 nəfərin əfv edilməsi haqqında sərəncamlarının heç bir hüquqi qüvvəsi yoxdur, çünki onlar keçmiş prezidentin xəbəri olmadan avtoqələm tərəfindən imzalanıb.
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ