İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Ersay Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.

Musavat.com xəbər verir ki, o, Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR