Onlayn ictimai-siyasi qəzet
"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb.
Hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.
Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov "Mercedes-190" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.//APA
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ