İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir generalın şəhidliyi ilə başlayan Zəfər yolu

12 iyul 2020-ci il... Tovuzdan gələn xəbər eşidən hər kəsi sarsıtdı. Xəyanət nəticəsində düşmən general-mayor Polad Həşimovun olduğu səngəri top atəşinə tutdu. General-mayorun şəhidlik zirvəsinə yüksəlməsi xəbəri yayılandan sonra ölkənin qəlbi bir anlıq dayandı. Az sonra sosial şəbəkələrdəki sükut yerini hayqırtıya verdi: “Bu qan yerdə qalmamalıdır!”

Gənclər küçələrə çıxdı, minlərlə insan gecə yarısı şəhərin mərkəzinə axışdı. Parlament binasının qarşısında, Şəhidlər xiyabanında, küçə-küçə dolaşan “Qisas!” sədaları artıq təkcə bir generalın ölümünə olan qəzəb deyildi. Bu, 30 illik işğalın yığılıb qalmış hesabının sorulması idi.

General Mayor Polad Həşimov için 140 fikir | azerbaycan, batman duvar  kağıdı, moğolistan

Polad Həşimovun şəhidliyi xalqı silkələdi. Bu, uzun sürən dözümlülüyün sona çatdığının, müharibənin qaçılmaz olduğunun işarəsi idi. 2 ay sonra, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq bütün cəbhə boyu hücuma keçdi. Bu, 30 illik diplomatiyanın dilini anlamayan düşmənə Polad Həşimovun ruhu ilə danışan, qəzəblə yoğrulmuş güc nümayişi idi.

POLAD EN SON.jpg (134 KB)

44 gün davam edən müharibədə 300-dən çox kənd, qəsəbə və şəhər azad edildi, Şuşa alındı, Qarabağın mərkəzinə Azərbaycan bayrağı sancıldı.

Bu zəfərin başlanğıcı 12 iyul 2020-ci ildə Polad Həşimovun qanı ilə yazıldı.

Hərbi ekspert Ramil Məmmədli: “Hər birimizin səsi ölkəmizin gələcəyi üçün  önəmlidir”

Hərbi ekspert Ramil Məmmədli Polad Həşimovun şəhid olmasına səbəb olan əməliyyatı "planlaşdırılmış hərbi təxribat və konkret siyasi sifariş" kimi qiymətləndirir. Musavat.com-a danışan ekspertin fikrincə, bu hücum yalnız lokal bir döyüş deyil, həm də Azərbaycanın strateji infrastrukturuna, dövlətçilik iradəsinə qarşı yönəlmiş kompleks təxribat idi.

Ramil Məmmədli qeyd edir ki, Polad Həşimovun öldürülməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin birbaşa məsuliyyətindədir: "Konkret olaraq Ermənistanın o vaxtkı müdafiə naziri, hərbi əməliyyatların planlaşdırılmasına və icrasına cavabdeh şəxs olaraq David Tanoyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Tovuz istiqamətində hücumların taktiki rəhbəri Onik Qasparyan, eləcə də Seyran Ohanyan tutulub layiqli cəzalarına çatdırılmalıdırlar.
Bu şəxslər hərbi cinayət törətməkdə ittiham edilməlidirlər".

AXİS.jpeg (381 KB)

Ramil Məmmədli qeyd edib ki, Polad Həşimovun olduğu mövqenin hədəfə alınması təsadüfi olmayıb: "Düşmən dəqiq koordinatlara əsasən, komandir səviyyəli şəxsi aradan qaldırmaq məqsədi güdüb. Bu isə beynəlxalq humanitar hüquqa görə müharibə zamanı qadağan olunmuş fərdi hədəfləmə aktıdır. Polad Həşimovun şəhidliyi ilə başlanan ictimai təzyiq, milli qürur və ordu əzmi nəticə etibarilə Qarabağın azadlığı ilə yekunlaşdı. Tovuz döyüşləri Ermənistanın təxribatı ilə başlasa da, bu təxribat Cənubi Qafqazın enerji marşrutlarını və strateji sabitliyini pozmağa yönəlmiş addım idi. Azərbaycanın qətiyyətli cavabı göstərdi ki, bu torpaqların itirilməsi ilə barışmaq mümkün deyil. Polad Həşimovun qanı təkcə şəhid qanı deyildi, o həm də milli oyanışın, hərbi dirçəlişin və Zəfərin başlanğıcı oldu.
Azərbaycan dövləti onun şəhidliyini ən yüksək səviyyədə qiymətləndirdi. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad İsrayıl oğlu Həşimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.Bu fəxri ad bir generalın yox, bütöv bir xalqın heysiyyətinin, mübarizliyinin və dirçəliş iradəsinin təntənəsidir".

Hərbi ekspert deyib ki, bu gün tarix yazarkən unutmamalıyıq ki, 2020-ci ilin Zəfər tarixinin başlanğıcı 12 iyulda, Polad Həşimovun qanı ilə yazılıb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR