Onlayn ictimai-siyasi qəzet
İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında fəlakət səviyyəsində dağıntılar qeydə alınıb.
Musavat.com xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi mayın 19-da verdiyi bəyanatda Qəzzadakı evlərin 92%-nin dağıdıldığını və ya ciddi ziyan gördüyünü açıqlayıb.
Bəyanata görə nəticədə 2 milyondan çox fələstinli yaşayış yerini itirib və təkrar-təkrar məcburi köçkün vəziyyətinə düşüb. “Utanılacaq dərəcədə çox insan dəfələrlə köçməyə məcbur qalıb, sığınacaq yerləri isə demək olar ki, qalmayıb,” – deyə təşkilat bəyan edib.
Agentlik İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın qəti şəkildə aradan qaldırılmasını tələb edərək, humanitar fəlakətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ