İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Yəmənlə bağlı QƏRAR VERDİ

BMT Təhlükəsizlik Şurası BMT-nin Hodeydada (Yəmən) atəşkəsə dəstək üzrə xüsusi missiyasının (UNMHA) mandatını altı ay uzadacaq qətnamə layihəsinə səs verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd Böyük Britaniya tərəfindən hazırlanıb və Təhlükəsizlik Şurasının üzvləri onu yekdilliklə qəbul edib.

Qətnamə beş bənddən ibarətdir. Təhlükəsizlik Şurası BMT Baş Katibindən missiyanın fəaliyyəti ilə bağlı aylıq hesabat təqdim etməsini tələb edir.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” üsyançı hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR