İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson: “Bayden dövründə Qərbin Ukraynaya dəstək verməyə cəsarəti çatmadı”

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Co Baydenin prezidentlik dönəmində Qərb liderlərinin Ukraynaya kifayət qədər dəstək vermədiyini sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə o, “Politico”ya verdiyi müsahibəsində bildirib.

Conson qeyd edib ki, Bayden administrasiyası yalnız Ukraynanın məğlub olmaması üçün minimal dəstək göstərib: “Bayden dövründə biz sadəcə ukraynalıların uduzmamasına çalışdıq. Amma onlara həqiqətən lazım olanı verməyə cəsarətimiz çatmadı".

O, bununla yanaşı, ABŞ prezidenti Donald Trampı da tərifləyərək bildirib ki, məhz Tramp hələ 2018-ci ildə Ukraynaya “Javelin” tipli silahlar göndərməklə ölümcül yardım tabusunu qırmışdı.

Conson Trampın ikinci dönəmdə də Ukraynanı “əzilməyə tərk edəcəyinə” inanmadığını və ABŞ-da bu cür addımlar üçün siyasi iradənin olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR