İnsanlara hürriyət, millətlərə istiqlal!

Bricit Makron məhkəmə qərarından sonra təhqirlərin hədəfinə çevrildi

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron sosial şəbəkələrdə yenidən təhqirlərə və hücumlara məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşrində jurnalist Piter Allen məlumat yayıb.

Məlumata görə, Paris Apellyasiya Məhkəməsi ötən həftə Bricit Makronun xeyrinə olmayan qərar çıxarıb. Məhkəmənin bu qərarı isə internet trollarının və sosial şəbəkə istifadəçilərinin ona qarşı daha da aqressiv davranmasına səbəb olub.

Jurnalist yazır ki, Bricit Makron uzun müddətdir davam edən təhqir və yalan iddialara son qoymaq üçün məhkəməyə üz tutmuşdu. O, xüsusilə cinsiyyət dəyişdirməsi ilə bağlı irəli sürülən iddiaları böhtan kimi dəyərləndirmiş və hüquqi mübarizə aparmışdı. Lakin məhkəmə onun bu iddiasını rədd edib.

Nəticədə, Bricit Makron "tamamilə sarsılmış" və “ümidsizliyə düşmüş” vəziyyətdədir. Mətbuat yazır ki, o, bu prosesi özünü müdafiə etmək və təhqirlərin qarşısını almaq üçün son imkan kimi görürdü. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR