Onlayn ictimai-siyasi qəzet
Braziliyada keçirilən sammitdə BRİKS ölkələrinin dövlət başçıları İsrailə qarşı açıq mövqe nümayiş etdiriblər.
Musavat.com xəbər verir ki, sammitin yekun bəyannaməsində BRİKS liderləri İsraili Suriya ərazisindəki bütün hərbi mövqelərindən və qoşunlarından dərhal geri çəkilməyə çağırıblar.
Bəyannamədə həmçinin Suriya dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə BRİKS-in tam dəstək verdiyi bir daha təsdiqlənib. Təşkilat üzvləri vurğulayıblar ki, Suriyada davam edən xarici hərbi müdaxilələr ölkədə sülhün və sabitliyin bərpasına əngəl yaradır.
Analitiklər hesab edirlər ki, bu çağırış Qərb blokunun Yaxın Şərqdəki siyasətinə balans yaratmaq üçün BRİKS-in getdikcə daha aktiv siyasi oyunçuya çevrildiyini göstərir.
Musavat.com
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ