Onlayn ictimai-siyasi qəzet
"Rusiya ilə müharibəyə hazırlaşmaq üçün bomba sığınacaqları tikilməlidir".
Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş ordu komandanı, general Sir Patrik Sanders deyib.
Onun sözlərinə görə, ölkə növbəti beş il ərzində Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün dərhal bomba sığınacaqları inşa etməlidir.
Sabiq komandan bildirib ki, təhlükə realdır və sivil əhalinin qorunması üçün infrastruktur hazırlığına artıq indidən başlanılmalıdır.
Generalın bu çağırışı Britaniya və ümumilikdə Avropada artan təhlükəsizlik narahatlıqları fonunda səsləndirilib.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ