İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda YENİLİK: Viza möhürlərindən Ağrı dağının təsviri ÇIXARILDI – VİDEO

Bu gündən etibarən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının (Ararat) təsvirini çıxarıb.

Musavat.com xəbər verir ki, qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Sosial media istifadəçiləri artıq viza möhürlərindən çıxarılan Ararat dağının şəklini əks etdirən şəkilləri paylaşırlar.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, möhürün dəyişdirilməsi “Ermənistanı düzgün yola yönəltmək” və ölkənin dövlətçiliyini gücləndirmək məqsədi daşıyır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə etiraf edib ki, bu addım qonşu ölkələri qəzəbləndirməmək üçün atılıb.

Yeni nümunə viza möhürləri artıq təsdiqlənib və onların istifadəsi 2025-ci il noyabrın 1-dən başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR