İnsanlara hürriyət, millətlərə istiqlal!

Buraxılış imtahanında dəhşət - 29 tələbə ayaqaltında qalıb öldü

Mərkəzi Afrika Respublikasında yerləşən Barthelemy Boganda Liseyində baş verən transformator partlayışı nəticəsində yaranan panika və izdihamda 29 tələbə həyatını itirib.

Musavat.com Milli.Az-a istinadən xəbər verir ki, faciəvi hadisə paytaxt Bangidə çərşənbə günü baş verib. Elektrik transformatorunda baş verən partlayış məktəbdə təlaşa səbəb olub. Hadisə zamanı təxminən 5 min tələbə buraxılış imtahanı verirdi. Partlayışın ardından tələbələr kütləvi şəkildə məktəbi tərk etməyə çalışıb və yaranan izdihamda çox sayda insan tapdanıb.

Rəsmilərin verdiyi məlumata görə, xəsarət alanların sayı 260-ı keçib. Bəzi tələbələr həyacanla həyətdən aşağı mərtəbələrə tullanaraq ağır xəsarət alıblar. Ölənlərin bir hissəsi hadisə yerində, digərləri isə xəstəxanalarda həyatını itirib.

Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadera hadisə ilə bağlı üç günlük matəm elan edib. O, faciədə həlak olanların ailələrinə başsağlığı verib və məsələ ilə bağlı araşdırma başladıldığını bildirib. Hadisənin səbəbləri araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR