Onlayn ictimai-siyasi qəzet
        ABŞ miqrasiya polisi “Tusgaar Buryad Mongolia” adlı Buryatiya müstəqillik hərəkatının qurucularından biri Aleksandr Boloxoyevi saxlayıb.
Musavat.com xəbər verir ki, Boloxoyev 2022-ci ildə Rusiyada müharibə əleyhinə çıxışlarından sonra ölkəni tərk edərək ABŞ-a köçüb və burada siyasi sığınacaq üçün müraciət edib.
Lakin dəyişən miqrasiya siyasəti səbəbilə indi ona deportasiya təhlükəsi yaranıb. Bu halda o, Rusiyada açılmış cinayət işi ilə üzləşəcək, çünki “Tusgaar Buryad Mongolia” hərəkatı Rusiya hökuməti tərəfindən “terrorçu və ekstremist təşkilat” kimi tanınıb.
Mənbələrin bildirdiyinə görə, Boloxoyevin deportasiyası yalnız onun həyatını təhlükə altına salmaqla kifayətlənməyəcək, həm də hərəkatın bütün komandasının ifşasına və Buryatiyadakı ailə üzvlərinin təzyiqlərə məruz qalmasına səbəb ola bilər.
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ