İnsanlara hürriyət, millətlərə istiqlal!

Casusluqda ittiham olunan diplomat evində ÖLÜ TAPILDI

İsveç Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı casusluqda ittiham olunduqdan sonra evində ölü tapılıb.

Musavat.com “Aftonbladet” nəşrinə istinadən xəbər verir ki, İsveç Daxili Təhlükəsizliyi (SAPO) xarici işlər nazirliyinin casusluq fəaliyyətində şübhəli bilinən yüksək rütbəli diplomatının evinə basqın edib. Mayın 12-də keçirilən əməliyyatla saxlanılan diplomat mayın 15-i sərbəst buraxılıb.

Dünyanın müxtəlif səfirliklərində çalışan diplomat azadlığa çıxdığı axşam evində ölü tapılıb.

İsveç polisi diplomatın ölümü ilə bağlı araşdırma başlatdıqlarını bildirib.

"Təəssüf ki, biz Xarici İşlər Nazirliyinin əməkdaşının ölümünü təsdiqləyə bilərik. Onun yaxınlarının narahatlığı üçün heç bir təfərrüat paylaşmayacağıq", - polisin açıqlamasında deyilir.

İsveçin xarici işlər naziri Maria Malmer Stenergard deyib: "Nazirlikdə çalışan bir həmkarımın vəfat etməsi ilə bağlı kədərli xəbər aldım. Düşüncələrim onun ailəsi və onu sevən dostları və həmkarları ilədir".

Bununla belə, istintaqa rəhbərlik edən prokuror Per Lindqvist bildirib ki, ölən şəxsin casusluq təhqiqatında saxlanılan diplomat olub-olmadığını təsdiqləyə bilmirlər. SAPO casusluq təhqiqatı ilə bağlı açıqlama verməsə də, bu fəaliyyətlərin 1-11 may tarixləri arasında baş verdiyini bildirib.

Diplomatın vəkili Anton Strand bildirib ki, müvəkkili sərbəst buraxıldıqdan sonra tibbi rəy almaq üçün xəstəxanaya gedib. Strand vurğulayıb ki, o, polisə qarşı “nisbətən güc”, “pis rəftar” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə şikayət verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR