İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda ağır qəza - Ölən və yaralananlar var

Ötən gün saat 21:30 radələrində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində rayon sakini Valeh Həsənov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dəmir arakəsməyə dəyib.

Qəza zamanı avtomobildə sərnişin qismində olan İnqilab Ağayev hadisə yerində vəfat edib.

Sürücü və digər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.**“Qafqazinfo”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR