Onlayn ictimai-siyasi qəzet
"ChatGPT" ilə intiharlara təhrik etdiyinə görə "OpenAI"a qarşı məhkəmə iddiaları qaldırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumatda bildirilir ki, "OpenAI"a qarşı yeddi məhkəmə iddiası qaldırılıb.
İddiaçılar dörd nəfərin intihar etmiş ailə üzvləri, həmçinin süni intellektlə (ChatGPT) ünsiyyətdən sonra psixoloji travma yaşadıqlarını bildirən üç nəfərdir.
Məlumata görə, intihar edən şəxslərdən birinin ailəsi bildirib ki, oğulları "ChatGPT" ilə dörd saatlıq söhbət zamanı süni intellekt dəfələrlə intiharı “tərifləyib” və cəmi bir dəfə yardım xəttindən bəhs edib. Bundan qısa müddət sonra gənc silahla özünə atəş açaraq həyatına son qoyub.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ