Onlayn ictimai-siyasi qəzet
Göyçə mahalında - Çəmbərək şəhərində yerləşən yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, xilasedicilər daha bir meyiti dağıntılar altından çıxarıblar.
Xilasetmə xidmətinin əməkdaşının sözlərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumata görə, ölənlər arasında uşaq olmayıb.
“Hazırda binanın bəzi sakinləri ilə əlaqə saxlamaq mümkün deyil. Biz demirik ki, bu, qəzanın nəticəsidir, amma əsaslı ehtimal var”, - xilasetmə xidmətinin nümayəndəsi bildirib.
Yaralıların sayı dəqiq açıqlanmır.
İlkin versiyaya görə, evdə qaz partlayışı baş verib.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ