Onlayn ictimai-siyasi qəzet
Danimarka ABŞ Müdafiə Nazirliyini Qrenlandiyadakı hərbi təlimlərə dəvət etməyib. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bununla da ölkə ABŞ-ın adaya marağı fonunda "güclü siyasi siqnal" vermiş olub.
Danimarkanın Arktika qüvvələrinin komandanı Sören Andersen Reuters agentliyinə məlumatı təsdiqləyib: "Biz ABŞ-ın Pituffik kosmos bazasından olan həmkarlarımızla birlikdə işləyirik, lakin onların bölmələri bu təlimlərdə iştiraka dəvət edilməyib".
Hərbi analitik Hans Peter Mişelsen Reuters-ə bildirib ki, "məşqlər Danimarkanın NATO müttəfiqləri ilə birlikdə adaya qarşı məsuliyyətli münasibətini nümayiş etdirmək məqsədi daşıyır". O, bunları ABŞ üçün "güclü siyasi siqnal" kimi qiymətləndirib.
Qeyd edək ki, prezident Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu deyib. Hətta o, Danimarka muxtar bölgə kimi Danimarkanın bir hissəsi olan adadan imtina etməsə, onu yüksək ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib. İlk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi, lakin Danimarka və Qrenlandiya hakimiyyəti bu fikri rədd etdi.
Musavat.com
18 Sentyabr 2025
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ