Onlayn ictimai-siyasi qəzet
Kamboca mayın 28-də bir Kamboca əsgərinin ölümü ilə nəticələnən sərhəd mübahisəsinin şiddətlənməsindən sonra Taylandla sərhədi boyunca hərbi mövcudluğunu artırıb, istehkamlar qurub və texnika daşıyıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tayland ordusunun bəyanatında bildirilib.
"Hökumət və Tayland ordusu Kamboca ilə razılaşdırılmış mexanizmlər vasitəsilə gərginliyi azaltmaq üçün hər cür səy göstərsə də, bunlar qarşılıq almadı. Bundan əlavə, Kamboca avadanlıq yerləşdirmək və istehkamlar qurmaqla sərhəd boyunca hərbi mövcudluğunu artırdı”, - bəyamatda deyilir və əlavə edilir ki, bu, qarşı tərəfin Taylandın sülh təşəbbüslərinə etinasızlığın göstəricisidir.
Tayland quru qoşunları Kamboca qoşunlarının "təxribatçı davranışını" sərhəddə gərginliyin artması və iki ölkənin xalqları arasında çoxillik dostluq münasibətlərinə xələl gətirməsi kimi göstərib. "Bu təxribatlar və hərbi qüvvələrin mövcudluğunun artması açıq-aşkar güc tətbiq etmək niyyətindən xəbər verir. Bu, qəbuledilməzdir və Taylandın suverenliyinə, milli təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi təhlükə yaradır”, - Tayland tərəfi bildirir.
Ordu Taylandın "dinc yanaşı yaşamaya sadiq qaldığını və əsaslandırılmış danışıqlar yolu ilə gərginliyi azaltmağa çalışdığını" vurğulayır.
Mayın 28-də səhər saatlarında Kambocanın Preah Vihear əyaləti ilə Taylandın Ubon Ratçathani əyalətləri arasında yerləşən mübahisəli ərazidə silahlı insident baş verib. Tayland hərbçiləri Fonq rayonunun Teço Morokot kəndində Kamboca hərbi postunu atəşə tutublar. Nəticədə bir Kamboca əsgəri həlak olub, bir neçəsi yaralanıb. Kamboca və Tayland hərbçiləri bir-birini qarşıdurmanı ilk olaraq təhrik etməkdə ittiham ediblər, lakin eyni zamanda münaqişənin genişlənməsinin qarşısını almağa və onu danışıqlar yolu ilə həll etməyə hazır olduqlarını bildiriblər.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ