Onlayn ictimai-siyasi qəzet
Əfqanıstan humanitar yardımdan məhrum olub və fəlakətin astanasındadır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, BMT xəbərdarlığına görə, Donald Trampın iradəsi ilə ABŞ-nin bu ölkəyə humanitar dəstəyiin dayandırılmasından sonra ölkədə yüzlərlə klinika bağlanıb, milyonlarla insan qida və dərmansız qalıb.
Bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri bütün yardımın 40%-ə qədərini təmin edən Ümumdünya Ərzaq Proqramından (WFP) tədarüklər də daxil olmaqla, 500 milyon dollardan çox olan proqramlar dayandırılıb. Bu, 420-dən çox tibb müəssisəsinin bağlanmasına səbəb olub. Qalanları isə imkanları həddində işləyirlər - xəstələr üçün nə dərman, nə də yemək var.
Ümumdünya Ərzaq Proqramının Əfqanıstan üzrə rəhbəri Con Aylifin sözlərinə görə, təşkilat indi ehtiyacı olan hər on insandan yalnız birini qidalandıra bilir. ÜST xəbərdarlıq edir ki, ölkənin səhiyyə sistemi tam çökməyə yaxındır. Uşaqların kifayət qədər qidalana bilməmək səviyyəsi artır, infeksiyaların yayılması qeydə alınır.
Qeyd olunur ki, 2025-ci ildə aclıq və dərman çatışmazlığı səviyyəsi müşahidələr tarixində ən yüksək həddə çatıb. Təchizat qışdan əvvəl bərpa olunmazsa, yardım işçiləri, xüsusən də yardımın çatdırıla bilməyəcəyi ucqar ərazilərdə kütləvi ölümlər gözləyir.
Xatırladaq ki, “Taliban” Əfqanıstanda yenidən hakimiyyətə gələndən bəri ölkədə bütün sahələr üzrə ciddi tənəzzül başlayıb.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ