Onlayn ictimai-siyasi qəzet
Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevdən yeni xəbər var.
Musavat.com xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafa Zeynalov və Namiq Əliyev hərəsi 19 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra 300 min manat pul ələ keçirdikləri müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İ.Muradov
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ