Onlayn ictimai-siyasi qəzet
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib.
Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl E.İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib və onun barəsində deportasiya qərarı çıxarılıb.
Məlumata əsasən, Elşən İbrahimov artıq Moskvanın Şeremetyevo hava limanından “Aeroflot”un reysi ilə Bakıya yola salınıb.
Deportasiyanın səbəbləri rəsmi şəkildə açıqlanmayıb.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ