İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarovun “Azərbaycanın Las Veqası” layihəsi sürətlə böyüyür – möhtəşəm görüntülər yayılıb - VİDEO

Bakı sahilində inşası davam edən “Sea Breeze Caspian” kompleksi – xalq artisti və iş adamı Emin Ağalarovun rəhbərlik etdiyi Siyəzən Breza layihəsi ölkə və region səviyyəsində böyük maraq doğurur. Musavat.com xəbər verir ki, layihənin “Azərbaycanın Las Veqası” adlandırılan hissəsinə məxsus drondan çəkilmiş yeni görüntülər yayılıb.

Görüntülərdə sahilboyu uzanan nəhəng kompleksdə tikinti işlərinin miqyası aydın görünür. İnşa edilən binaların əsas hissələri artıq formalaşıb və müxtəlif mərhələlərdə olan konstruksiyalar sahənin lüks turizm və əyləncə mərkəzinə çevriləcəyindən xəbər verir.

Kompleksdə otellər, restoranlar, kazinolar və beynəlxalq əyləncə məkanları nəzərdə tutulur.

Tikinti işlərinin bəzi hissələri artıq tamamlanma mərhələsindədir.

Dronla çəkilmiş videoda inşaat miqyası və yerləşmə planı detallı əks olunub.

Layihənin əsas ideya müəllifi Emin Ağalarov daha əvvəl bəyan etmişdi ki, bu kompleks həm yerli, həm də xarici turistlər üçün "Caspian rivierası"na çevriləcək. Tikintinin gələn ilin ortalarına qədər ilkin mərhələdə istifadəyə verilməsi nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaşılan mesajlarda istifadəçilərə bu görüntüləri indidən saxlamaq tövsiyə olunur: “Çünki yaxın gələcəkdə orada tamam başqa bir mənzərə olacaq.”



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR