İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “İsraili dayandırmaq lazımdır” - Məhəmməd bin Salman Netanyahuya təsir edə biləcəkmi...

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, rəsmi Ankara və Ər-Riyadın yaydığı məlumatlara görə, əsas müzakirə mövzusu bölgədə sabitliyin qorunması və İsrailin son hərbi əməliyyatlarının qarşısının alınması olub.

Prezident Ərdoğan söhbət zamanı vurğulayıb ki, İsrailin təcavüzkar addımları təkcə Fələstin və İrana deyil, bütün Yaxın Şərq üçün ciddi təhlükə mənbəyidir. O bildirib ki, bu aqressiv siyasət regionda humanitar fəlakəti daha da dərinləşdirə və yeni qaçqın böhranlarına yol aça bilər.

“Bizim region daha bir silahlı böhranı tolerasiya edə bilməz. İsrail dayandırılmalıdır ki, Yaxın Şərqdə təhlükəsizlik bərpa olunsun”, - deyə Ərdoğan bəyan edib.

Rəcəb Tayyib Ərdoğan həmçinin İsrailin İrana qarşı son hava zərbələrinin regionda sülhə zərbə vurduğunu, nüvə münaqişəsinin isə yalnız diplomatik danışıqlar yolu ilə həll olunmalı olduğunu vurğulayıb.

Tərəflər o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanı, bölgədə atəşkəsin bərqərar olunması, mülki əhalinin qorunması və beynəlxalq hüququn bərpası üçün ortaq mövqedən çıxış etməyin zəruriliyini qeyd ediblər.

Qeyd edək ki, bu danışıq İsrailin İranın müxtəlif hərbi və strateji obyektlərinə həyata keçirdiyi hücumlardan sonra baş tutub. Vaşinqtonun “yaşıl işıq” verdiyi bu əməliyyatlar Yaxın Şərqin yeni hərbi eskalasiyaya sürükləndiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR