İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Türkiyə yeni danışıqlara hazırlaşır – sərhəd yenə gündəmdə

Ermənistan və Türkiyə arasında normallaşma prosesi yenidən gündəmə gəlir.

Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yaxın günlərdə İrəvanda xüsusi nümayəndələrin görüş keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, iki ölkə arasında normallaşma prosesi 2022-ci ilin əvvəlində başlanıb. O dövrdə əldə olunan əsas razılaşmalardan biri 1 iyul 2022-ci ildə Vyanada imzalanan sənəd olub. Razılaşmaya görə, tərəflər qısa müddətdə quru sərhədini üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmalı idilər.

Lakin razılaşmadan iki ildən çox vaxt keçməsinə baxmayaraq, sərhəd hələ də bağlı qalır. Yeni danışıqlarda bu məsələnin gündəmin əsas mövzularından biri olacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR