Onlayn ictimai-siyasi qəzet
Suriyanın Əs-Suveyda vilayətində vəziyyət yenidən gərginləşib.
Musavat.com xəbər verir ki, Şeyx Hikmat əl-Hicri ilə Suriya təhlükəsizlik qüvvələri arasında imzalanan razılaşmanın şərtlərinə əməl olunmur.
Həmin razılaşmaya əsasən (bəzi mənbələrə görə, bu razılaşma ABŞ və İsrail tərəfindən dolayı yolla dəstəklənib) təhlükəsizlik qüvvələrinin Əs-Suveyda inzibati sərhədlərinin kənarında yerləşməsi nəzərdə tutulurdu. Bu, druz icmasının üzvlərini mümkün hücumlardan qorumaq məqsədi daşıyırdı.
Lakin yerli mənbələrin yaydığı məlumatlara görə, Şeyx əl-Hicriyə bağlı silahlı dəstələr razılaşmaya tabe olmur. Onlar şəhər ərazisinə daxil olmağa çalışan təhlükəsizlik qüvvələrinə atəş açıblar. Hadisə razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndirilir və atəşkəs rejimini ciddi təhlükə altına alır.
Bölgədə yenidən toqquşmaların baş verəcəyi istisna olunmur.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ